<?xml version="1.0" encoding="UTF-8"?><song><hymn_number>153</hymn_number>
<title>Çarmıxdan süzülür İL153</title>
<lyrics>[V1]
 Çarmıxdan süzülür, axır
 Müqəddəs Qan günahlarçün,
 Yalnız Onda rahatlıq var əzab çəkən hər can üçün.

[C1]
   Məsihin Qanı axır alnından və üzündən,
   O Qan məni yuyub paklayır günah və pisliklərimdən.
   Məsihin Qanı axır ayaqlarından, əllərindən,
   O Qan məni azad eyləyir günahlı təbiətimdən.

[V2]
 Müqəddəs ilə yanaşı çarmıxdan asılan quldur belə,
 İsanın axan pak Qanıyla təmizlənib xilas oldu.

[V3]
 Mən Rəbdən uzaq idim, dolaşırdım bu dünyada,
 O məni yanına səslədi, götürdü Öz əllərinə.

[V4]
 O Qan mənim ürəyimə süzülərkən, mən həyat aldım,
 Günahlardan azad oldum, ruhum qar tək təmiz oldu.

[V5]
 Əgər zəifl əsəm, düşsəm, Rəbbimi kədərləndirsəm,
 Yenə də o Müqəddəs Qan məni yuyub təmizləyər</lyrics>
</song>